"Latsio" qazandı, "Kataniya" xal itirdi
06.01.2013 - 03:10
"Latsio" qazandı, "Kataniya" xal itirdi
İtaliya A seriyasında XIX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Kataniya" doğma publika önündə "Torino"nu qonaq edib. Matç 0:0 hesabı ilə başa çatıb. Tərəflər görüşdən bir xalla ayrılıb.

Öz meydanında "Kalyari"ni qəbul edən "Latsio" inamlı qələbə qazanıb. İlk hissədə hesabı aça bilməyən paytaxt klubu son dəqiqələrdə əzmkarlıq nümayiş etdirərək matçdan 3 xalla ayrılıb – 2:1.

Qeyd edək ki, İtaliya A seriyasının XIX turuna bu axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.


İtaliya A Seriyası

XIX turun oyunları

5 yanvar

"Kataniya" - "Torino" - 0:0

"Latsio" - "Kalyari" - 2:1
Konko, 79, Kandreva, 89-pen - Sau, 62

6 yanvar

"Udineze" - "İnter"

"Milan" - "Siena"

"Parma" - "Palermo"

"Yuventus" - "Sampdoriya"

"Genua" - "Boloniya"

"Kievo" - "Atalanta"

"Fiorentina" - "Peskara"

"Napoli" - "Roma"