Pelle daha 4 ildə “Feynerod”da
06.01.2013 - 03:36
Pelle daha 4 ildə “Feynerod”da
Bu mövsüm “Feynerod”da icarə əsasında çıxış edən Qraziano Pelle Hollandiya klubu ilə yenidən anlaşıb. Apasport.az saytının məlumatına görə, Rotterdam təmsilçisi “Parma”ya məxsus olan futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Hollandiya mətbuatının yazdığına görə, “Feynerod” 27 yaşlı futbolçunu İtaliya klubundan 3 milyon avroya transfer edib.

Qeyd edək ki, Pelle bu mövsüm “Feynerod”da 14 matçda meydana çıxıb və rəqib qapılarından 14 qol keçirib.