Ufuk Budakın komandası gənc müdafiəçi ilə anlaşdı
06.01.2013 - 04:50
Ufuk Budakın komandası gənc müdafiəçi ilə anlaşdı
Azərbaycan milli komandasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor” heyətini gücləndirib. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, təmsilçimizin komandası Özgür Çeklə anlaşıb. 22 yaşlı müdafiəçi “Fənərbaxça” ilə müqaviləsinin müddətini qarşılıqlı şəkildə ləğv edərək “Əskişəhərspor”la 3.5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Özgür Çek “Fənərbaxça”ya mövsümün əvvəlində transfer olunub. O, İstanbul klubunun heyətində yalnız 2 qarşılaşmada forma geyinib.