"Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacağam”
06.01.2013 - 05:55
"Real"ın baş məşqçisi Joze Mourinyo yanvarın 7-də keçiriləcək "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacaq. Apasport.az saytının məlumatına görə, bu haqda portuqaliyalı çalışdırıcının özü məlumat verib. İspaniya La Liqasının 18-ci turunda "Real Sosyedad”la qarşılaşmadan öncə təcrübəli mütəxəssis mətbuat konfransı keçirib.
O, jurnalistlərin suallarını cavablandırarkən özünün də namizəd olduğu "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak etməyəcəyini vurğulayıb:
"Qızıl top" mükafatının təqdimetmə mərasminə qatılmayacağam. Çünki çərşənbə günü Kral kuboku çərçivəsində "Selta Viqo" ilə matçımız var və komandamı bu oyuna hazırlaşdıracağam”.

0
0