“Bakı”: 2 məlum, 1 naməlum
07.01.2013 - 09:27
“Bakı”: 2 məlum, 1 naməlum
Yanvarın 14-28-də Antalyada təlim-məşq toplantısı keçirəcək “Bakı”nın hazırlıq planının müəyyən detalları məlum olub. Apasport.az saytının xəbərinə görə, paytaxtın eyniadlı təmsilçisi 3 yoldaşlıq oyununda meydana çıxacaq.

İlk yoxlama oyunu yanvarın 19-da baş tutacaq. Həmin gün komandanın rəqibi Almaniyanın "Dinamo" (Drezden) klubu olacaq. Təlim-məşq toplantısı çərçivəsində sonuncu oyun yanvarın 27-nə planlaşdırılıb. Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşma ilə 14 günlük təlim-məşq toplantısına yekun vurulacaq.

Daha bir sparrinq rəqibin adı yaxın günlərdə məlum olacaq. Bu oyun yanvarın 22 və ya 23-də keçiriləcək.

Mənbə: fcbaku.com