Avropada ən effektli reklam vasitəsi
07.01.2013 - 09:36
Rusiyanın nüfuzlu "Sovetskiy sport" nəşri ötən ilin geridə qalan son həftəsinə yekun vurub. Apasport.az saytının məlumatına görə, gündəlik olaraq 400 min tirajla çap olunan və ölkənin ən çox satılan idman nəşri olan qəzetin fikrincə, Madrid "Atletiko"sunun oyun forması üzərində yer alan "Land of fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) Avropada ən effektli reklam vasitəsi kimi ilk sırada yer alır.
Bu sahədə araşdırma aparan rusiyalı jurnalistlər reklam vasitəsinin "Bakı" və "Atletiko" arasında imzalanan əməkdaşlıq müqaviləsinin tərkib hissəsi olduğunu qeyd edərək, əldə olunan anlaşma əsasında klubların oyunçu təcrübəsi, mütəxəssis mübadiləsi, yoldaşlıq oyunlarının təşkili, uşaq futbolunun inkişafı istiqamətlərində böyük bir layihəyə imza atdıqlarını qeyd edirlər.
"Bakı" və "Atletiko" arasında başlanan əməkdaşlığa yüksək qiymət verən "Sovetskiy sport" İspaniya klubunun idarə heyətinin sədri Migel Angel Hil Marinin "bu reklam bizim Azərbaycana və onun qədim xalqına olan hörmətimizin göstəricisidir" sözlərini sitat gətirib. Rusiyanın ən qədim və köklü idman qəzeti Migel Angel Hil Marinin "oyun formalarında yerləşdirilən "Land of fire Azerbaijan" bizim hədiyyəmizdir və buna görə klubumuza heç bir vəsait ödənilməyib" ifədəsini xüsusi qeyd edərək, adıçəkilən reklam vasitəsinə Avropada həftənin reklamı kimi yüksək qiymət verib.
Mənbə: fcbaku.com

0
0