Yığmamız Çexiya ilə bərabərliyə qaldı - YENİLƏNİB
07.01.2013 - 16:06
Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə 2-ci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığmamız Çexiya ilə 1:1 hesablı bərabərliyə qalıb. Bununla da rəqiblə turnirin tarixində ilk oyunumuz qrupda ilk xal itkimizlə nəticələnib.
Millimiz qrupda ilk oyununda Litvaya 3:2 hesabı ilə qalib gəldiyi halda, çexlər Ukraynanın ardınca 2-ci dəfə heç-heçə edib. Nəticədə onlar qrupda 3-cü olsalar da, hətta liderlik şansını saxlayır. Çünki onu son turda xal qazana bilməyən Litva ilə asan sınaq gözləyir.
Çexlər qalib gələrsə, millimiz isə Ukrayna ilə heç-heçə edərsə, hər üçünün eyni - 5 xalı olacaq. Bu zaman topların daha yaxşı fərqi nəzərə alınaraq, sıralama müəyyənləşəcək. Millimiz yanvarın 9-da üzləşəcəyi Ukrayna ilə eyni xala malik olsa da, topların daha fərqinə görə 2-ci pilləyə düşüb.
7 yanvar
Azərbaycan – Çexiya - 1:1
QOLLAR: Vitislav Herdliçka,11 - Ruslan Nəsirli, 53
QIRMIZI VƏRƏQƏ: Budaq Nəsirov, 70 (2-si sarı vərəqə)
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi
1. Ukrayna 2 1 1 0 7-3 4
2. Azərbaycan 2 1 1 0 4-3 4
3. Çexiya 2 0 2 0 4-4 2
4. Litva 2 0 0 2 2-7 0

0
0