Əli Gökdəmir “Bayer” və “Herenven”ə qarşı
07.01.2013 - 10:22
Millimizin üzvü Əli Gökdəmir “Hannover 96”nın əsas komandası ilə məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirka Slomka Portuqaliyanın Vila-Nova-de-Kasela şəhərciyində başlayan təlim-məşq toplanışına 6 gənc futbolçu aparıb.
Bunlar Gökdəmirdən başqa, Saşa Şünemann, Dəniz Ayçiçək və “Hannover 96”nın U-23 komandasından Yannik Löhden və Dəniz Kadahdır. Bundan əlavə, hazırda əsas komandada “Arsenal”dan icarəyə götürülən isveçrəli müdafiəçi Yoan Curu və “Duysburq”dan gələn yarımmüdafiəçi Andre Hoffmann da iştirak edir.
Artıq bu gün Əli əsas komanda ilə ilk oyununa çıxa bilər. Belə ki, Portuqaliyanın Laquş ərazisində blits turnir keçiriləcək. “Hannover 96” Bakı vaxtı ilə saat 16:30-da “Herenven” və “Bayer”lə gücünü sınayacaq. Matçların hər hissəsinin müddəti 30 dəqiqədən ibarət olacaq.
Qeyd edək ki, “Hannover 96” yanvarın 12-də “Utrext”lə də yoxlama oyunu keçirəcək. Ayın 18-də “Qırmızılar”ı “Şalke” ilə Bundesliqa oyunu gözləyir.

0
0