Millimizin futbolçusu Türkiyə klubu ilə anlaşdı
07.01.2013 - 10:55
Millimizin futbolçusu Türkiyə klubu ilə anlaşdı
Azərbaycan millisinin futbolçusu Arif İsayevin Türkiyənin “Dənizlispor” klubuna keçidi reallaşıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi I divizion təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Anlaşmanın müddəti 1,5 ildir.

Bununla, “Dənizlispor”da 2-ci futbolçumuz çıxış edəcək. Millimiz digər sabiq futbolçusu, müdafiəçi Rail Məlikov da ötən yaydan bu komandada oynayır.

Qeyd edək ki, millimizdə 4 oyun keçirən Arifin son klubu AZAL olub. Onun keçən yay keçdiyi bu komanda ilə müqaviləsində belə şərt vardı ki, xaricdən təklif alacağı halda, həmin komandaya sərbəst gedə biləcək. İsayev bu üzdən türkiyəlilərlə azad agent statuslu futbolçu kimi anlaşıb.