Cavid Hüseynov 90 dəqiqə oynadı
07.01.2013 - 11:07
Cavid Hüseynov 90 dəqiqə oynadı
“Adana Dəmirspor” dünən səhər saatlarından etibarən Antalyada hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Cavid Hüseynovun komandası artıq ilk yoxlama oyununu da keçirib.

Əmirhan İdman Kompleksində keçirilən görüşdə Adana təmsilçisinin rəqibi “Konyaspor” olub. Bu matçda Cavid 90 dəqiqə meydanda mübarizə aparıb. Oyun milli futbolçumuzun komandasının minimal hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu meydana sonradan daxil olan braziliyalı hücumçu Juninyo vurub.

Qeyd edək ki, “Adana Dəmirspor” Antalyada daha bir neçə yoxlama oyunu keçirəcək. Hüseynovun komandasının yanvarın 12-də “Ankaragücü” ilə də qarşılaşması nəzərdə tutulub.