Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçmək ehtimalı artdı
07.01.2013 - 11:37
Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçmək ehtimalı artdı
Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin Kiyev “Dinamo”suna keçmək ehtimalı artıb. Apasport.az xəbər verir ki, Ukraynanın ən titullu klubunun qeyri-rəsmi saytı da bu transferi istisna etmir.

“Dinamo”ya gəlib-gedənlərin keçidi ilə bağlı ehtimalları açıqlayan ukraynalılar artıq az da olsa Cavidi öz komandalarında görürlər. Bu inam isə cəmi 10 faizdir. Hərçənd, təxminən 2 həftə əvvəl eyni mənbə İmamverdiyevin keçidini 0 faizlə dəyərləndirmişdi.

Qeyd edək ki, “Dinamo” rəsmiləri Cavidi tanımadığını, “Neftçi” tərəfi isə futbolçunun Kiyevə gedəcəyini iddia edirlər.