Yığmamızın oyunu canlı yayımda
07.01.2013 - 13:40
Yığmamızın oyunu canlı yayımda
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnir çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Çexiya oyunu turnirin rəsmi saytı vasitəsilə yayımlanacaq. Apasport.az-ın məlumatına görə, sayta qoşulacaq www.affatv.az vasitəsilə azarkeşlər yığmamızın iştirakı ilə keçiriləcək matçı birbaşa izləyə biləcəklər.

Qeyd edək ki, Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun saat 14:15-də başlayacaq.