Adamiya Almaniyaya yollanır
07.01.2013 - 13:53
Adamiya Almaniyaya yollanır
Bakının “İnter” klubu bir neçə gündən sonra təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyəyə yola düşəcək. Apasport.az saytının məlumatına görə, komandanın 2 üzvü hazırlıqlara qatılmayacaq.
Gəncə şəhər stadionunda oyun öncəsi keçirilən məşq zamanı zədələnən Tales Şütsün toplanışda iştirak etməməyi istisna olunmur. Çünki braziliyalı futbolçu təkrar əməliyyat olunacaq. Hücumçu ilk əməliyyatı Braziliyada keçirmişdi.
Zədə üzündən son 4 ay meydançalardan uzaq düşən “İnter”in digər futbolçusu Georgi Adamiya isə təkrar tibbi müayinədən keçmək üçün bu günlərdə Almaniyaya gedəcək.

Mənbə: inter.az