Ukrayna yığması millimizi geri saldı
07.01.2013 - 14:35
Ukrayna yığması millimizi geri saldı
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının yer aldığı qrupda II tura start verilib. Apasport.az saytının məlumatına görə, Ukrayna Litvaya 4:0 hesabı ilə qalib gəlib. Bununla, qrupumuzda ilk böyük hesablı nəticə qeydə alınıb.

Ukraynalılar bu qələbədən sonra 4 xalla liderliyi millimizin əlindən alıb. Ancaq 2-ci yerə düşən yığmamız Çexiya ilə hazırda davam edən matçda qalib gələrsə, yenidən 1-ci pillədə yer alacaq.

Qeyd edək ki, hazırda hesabında 3 xal olan millimiz qrupda son oyununu yanvarın 9-da Ukrayna ilə keçirəcək.