Millimizin diqqətinə: Penaltilər və erməni futbolçu
07.01.2013 - 15:59
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qrupda sonuncu rəqibi olan Ukrayna millisi maraqlı tendensiya ilə çıxış edir. Apasport.az saytının məlumatına görə, ukraynalılar keçirdiyi ilk 2 oyunda artıq 5 penalti zərbəsi vurub.
Düzdür, rəqibimiz bunun 1-dən istifadə edə bilməyib ki, söhbət Çexiya ilə 3:3 hesabı ilə nəticələnən ilk turun oyunundan gedir. Hər halda, Ukraynanın 7 qoldan çoxunu 11 metrlik cərimə zərbəsindən vurmağı diqqəti çəkən məqamdır.
Əsədovun yetirmələrinin diqqətinə çatdırmalı olduğumuz digər məqam Ukrayna yığmasının heyətində erməni futbolçunun oynamağıdır. Bu, Donetsk “Şaxtyor”unun 18 yaşlı hücumçusu Artur Miranyandır. Maraqlıdır ki, onun böyük qardaşı – “Pünik”in 20 yaşlı oyunçusu Oqanes Miranyan Ermənistan yığmasında çıxış etsə də, özü başqa ölkənin şərəfini qoruyur. Artur da tarixi vətəninin yığmasının şərəfini qorumaq istədiyini desə də, buna “Şaxtyor”un icazə vermədiyini açıqlayıb. Bunu belə əsaslandırırlar ki, donetskilər futbolçunun başqa komandaya keçəcəyi halda buna imkan yaradacaq. Artur isə “Şaxtyor”da qalmaq istədiyindən, Ukrayna yığmasında oynamalı olur.
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu yanvarın 9-da keçiriləcək.

0
0