Millimizdən 2 yeni rekord
07.01.2013 - 16:28
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 2-ci oyununu keçirən Arif Əsədovun yetirmələri bu dəfə də uduzmayıb. İlk oyunda Litvaya 3:2 hesabı ilə qalib gələn millimiz Çexiyadan da xal ala bilib – 1:1.
Qrup mərhələsinin ilk 2 matçında 4 xal toplayan komandamız tarixinin görünməmiş nəticəsinə imza atıb. Belə ki, ardıcıl 5-ci dəfə yarışa qatılan yığmamız ilk dəfə qrup mərhələsində bu qədər xal toplaya bilib. Əvvəlki 4 cəhddə komandamız 3-dən artıq xal toplamamışdı. Futbolçularımız 2 dəfə 1 qələbə ilə kifayətlənib, daha 2 dəfə isə 2 heç-heçə ilə qrup mərhələsini başa vurmuşdu.
Bundan başqa millimiz heç vaxt qrup oyunlarında belə məhsuldar olmamışdı. Artıq 4 qola bu göstəricidə rekorda imza atan yığmamız qrup mərhələsinin son turunda hər 2 rekordu yeniləyə bilər. 4 xal və 4 qol rekordlarını yeniləmək üçün millimiz yanvarın 9-da Ukrayna ilkə görüşdə xal qazanmalı və qol vurmalıdır.
2009 3 1 0 2 1-3 3
2010 3 0 2 1 3-4 2
2011 3 0 2 1 1-4 2
2012 2 1 0 1 2-8 3
2013 2 1 1 0 4-2 4

0
0