“Azərbaycan yığması ilə oyun bizim üçün çox pis oldu”
07.01.2013 - 16:50
“Azərbaycan yığması ilə oyun bizim üçün çox pis oldu”
Litvanın 19 yaşlılardan ibarət yığmasının baş məşqçisi Antanas Vingilis Azərbaycan millisinə məğlubiyyəti unuda bilmir. Apasport.az saytının məlumatına görə, mütəxəssis Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin II turu çərçivəsində bu gün Ukraynaya 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında yığmamızla matçı xatırlayıb.

Maraqlıdır ki, litvalılar bu gün darmadağın olsalar da, onlardan razı qalıb: “Azərbaycana 2:3 hesabı ilə oyun bizim üçün çox pis oldu. Bu gün hesaba baxmayaraq, qat-qat yaxşı oynadıq. Futbolçularımızın əhval-ruhiyyəsi tamam başqadır. Fikrimcə, biz çexlərə qarşı daha yaxşı oyun göstərərik”.

Qeyd edək ki, millimiz Litvaya 3:2 hesabı ilə qalib gəlmişdi.