“Sanki 2 ildir “Dənizlispor”dayam”
07.01.2013 - 18:00
“Dənizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayevin apasport.az saytına müsahibəsi
- “Dənizlispor”dan təklifin necə gəlməsi haqda danışardız. Menecerlər vasitəsilə klub axtarışında idiz, yoxsa sizə bu komandadan maraq vardı?
- Hər şey qısa müddətdə baş verdi. Çempionatda fasilə yaranmasına az qalmış bu klubdan mənə təklif gəldi. “Dənizlispor” sol cinaha futbolçu axtarırdı. Rail Məlikovla da məsləhətləşmişdilər. Həm də Naci Şensoyun vaxtında “Turan”da çalışmış Səlahattin Dərvəntin də komandanın baş məşqçisi olması keçidimi yüngülləşdirdi. Səhv etmirəmsə, o vaxt ya “Muğan”, ya da “Standard”da oynayırdım. Klub rəsmiləri ilə Bakıda görüşdükdən sonra Türkiyəyə gəlib, keçidimin detallarını yoluna qoyduq.
- Yayda “Qəbələ”dən ayrıldıqdan sonra Türkiyəyə getmək variantınız vardı. Gedəcəyiniz klublar arasında “Dənizlispor” yox idi?
- Həmin vaxt nəinki Türkiyə, Yunanıstan və başqa ölkənin klubundan mənə təklif vardı. Sadəcə, Türkiyə söhbətində özüm özümü gecikdirdim. Ancaq gedəcəyim klublar arasında “Dənizlispor”un adı yox idi. Görünür, burda oynamaq qismətim indiyə imiş.
- Yeni klubunuzun meneceri Mehmet Ali Kəskinlər saytımıza açıqlamasında bildirib ki, sizi yarımmüdafiənin solunda oynatmaq üçün alıblar. Bildiyimiz qədəri ilə, sizə sağda oynamaq daha rahatdır...
- Mənim üçün sol, ya sağın elə də önəmi yoxdur. Əksinə, deyərdim ki, solda özümü rahat hiss edirəm. Həm də burda sağ cinahda oynamağa futbolçu var. Sol cinahda isə problemlər var. Məni də məhz bu boşluğu aradan qaldırmaq üçün komandaya cəlb ediblər.
- Həmin sol cinahda oynayan futbolçu “Dənizlispor”dan ayrılıb, yoxsa?
- Vallah, bunu dəqiq deyə bilmərəm. Ancaq bildiyimə görə, fasiləyə yaxın ikinci hücumçu kimi oynayan futbolçu məcburiyyətdən solda oynadılıb.
- Amma sizin sağ ayağınız işləkdir...
- Elədir. Sağ daha yaxşıdır, ancaq solla da oynamağı bacarıram.
- Düşərgədə gəlişinizi necə qarşıladılar?
- Məni istər rəhbərlik, istərsə də futbolçular necə lazımdırsa, elə də qarşıladılar. Sanki 2 ildir bu klubdayam. Bax, o cür mehribanlıqla üzləşdim.
- Bunda Railin özünü yaxşı tərəfdən göstərməsinin də rolu varmı?
- Şübhəsiz. Hamı onu burda çox istəyir, yaxşı ad-sanı var.
- “Neftçi”də oynayan vaxt Məlikov komandanın sözün yaxşı mənasında avtoritarlarından idi. Orda da təcrübəli olduğu üçün sözü keçirmi?
- Sözü keçməkdən başqa, hamı ona burda hörmət edir. Yaxşı hörmət qazanıb.
- Səhv etmiriksə, “Dənizlispor”da artıq 1 yoxlama oyununda meydana çıxmısız...
- Elədir. Əslində, Antalyada olanda 2 oyun keçirib. Sadəcə, “Darıca Gənçlərbirliği” ilə matçda gənclərə şans verildi. Bu üzdən nə mən, nə də Rail oynamadıq. Ancaq “İnegölspor”la oyunda ikimiz də meydanda olduq. Mən təxminən 70 dəqiqə oynadım, Rail isə 90 dəqiqə. Bu matçın ilk yarısını solda, ikinci yarısını isə sağda çıxış etdim.
- Məhz bu oyundan sonra 1,5 illik müqavilə bağlanmağa qərar verildi?
- Yox, hələ bura gələndə artıq “Dənizlispor”la müqavilə bağlayacağımı bilirdim. Sadəcə, AZAL-dan transfer vərəqimin gəlməsi bir az gecikdi. Yeri gəlmişkən, baş məşqçi Vaqif Sadıqov başda olmaqla, klub rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənim Türkiyəyə getməyimə maneçilik yaratmadılar.
- Hər bir futbolçu kimi siz də millidə oynamaq istəyirsiz. Ancaq “Dənizlispor”da əsas heyət üzvü olsa da, Məlikova dəvət gəlmir. Siz burda çıxış etməklə uzun müddətdən sonra yığmaya qayıdacağınıza inanırsız?
- Buna Berti Foqts qərar verəcək. Çağırmasa da, canı sağ olsun. Hər halda, qərarına hörmətlə yanaşacam. Bununla belə, mən hər toplanış qabağı millidən dəvət alacağımı gözləyəcəm.
Səbuhi TOFİQOĞLU

0
0