“İkinci hissə dəhşətli idi”
07.01.2013 - 18:30
“Həm nəticə, həm də oyun keyfiyyətindən narazı qaldım. Əgər ilk hissədə qol vurub oyuna nəzarət edirdiksə, ikinci hissə sadəcə, dəhşətli idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Çexiya milli komandasının baş məşqçisi Yozef Saplat deyib.
O, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin Azərbaycan yığması ilə oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığması daha texnikalı, həm də fiziki cəhətdən hazırlıqlı idi. Rəqib 2-ci hissədə oyununu dəyişə bildi, biz isə yox. İlk yarıdakı oyun üslubumuzu saxlamaq istədik. Lakin alınmadı. Oyunçu dəyişikliklərinə də əl atdım. Bu da kömək etmədi. Bizə daha aqressiv oynamaq lazım idi. Nəticədə çox sayda ötürmə səhvlərinə yol verdik. Topsuz oynamaq isə çox çətin oldu. Əvəzində rəqib topa nəzarət etdi, biz isə onlardan ala bilmədik”.

0
0