Quliyev ən yaxşı seçildi
07.01.2013 - 18:46
Quliyev ən yaxşı seçildi
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirin Azərbaycan – Çexiya oyununun ən yaxşıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, şimallılar qrup mərhələsinin II turunun matçında hər komandanın ən yaxşısını seçiblər.

19 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində bu ada Sadiq Quliyev layiq görülüb. “Qəbələ”nin 17 yaşlı müdafiəçisi sarı vərəqə aldığı görüşdə yığmamızın ən yaxşısı olub. Çexiyalıların heyətində isə Daniel Holtser komanda yoldaşlarından daha yaxşı təsir bağışlayıb.

Qeyd edək ki, ilk turda millimizin ən yaxşısı Namiq Ələsgərov olmuşdu.