“Hər kəsi məmnun və xoşbəxt etmək mümkün deyil”
07.01.2013 - 21:44
“Hər kəsi məmnun və xoşbəxt etmək mümkün deyil”
“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu Braziliya televiziyalarının birinə verdiyi müsahibəsində “hər kəsi məmnun və xoşbəxt etmək mümkün deyil” ifadəsini işlədib.

Ronaldo insanların onu sevməsi üçün çox səy göstərdiyini bildirib:

“Mənə elə gəlir ki, çox təvazökarlıq qüsurdur. Sevər və ya sevmirsiniz bu qədər sadə. Tanrı hər kəsi məmnun edə bilər. Amma mən buna baxmayaraq insanların məni sevməsi üçün çox səy göstərirəm”

Qeyd edək ki, Kriştiano Ronaldo İspaniya La Liqasının XVIII turunda "Real Sosyedad”la (4:3) oyunda komandasını meydana ilk dəfə kapitan sarğısında çıxarmışdır.