FİFA Messinin topladığı səsləri açıqladı
08.01.2013 - 00:26
FİFA dalbadal dördüncü dəfə dünyanın ən yaxşı oyunçusu seçilən “Barselona” və Argentina millisinin hücumçusu Lionel Messinin topladıqları səslərin faiz göstəricilərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Messi milli komandaların baş məşqçiləri və kapitanlarının 41.6 faiz səsini qazanaraq birinci olub.
Argentinalı ulduz futbolçunun rəqiblərindən olan Kriştiano Ronaldo 23.68 faiz səs toplayıb. Üçüncü pillənin sahibi olan Andres İnyesta isə komandaların baş məşqçiləri və kapitanlarının 10.91 faiz səsini qazanıb.
Qeyd edək ki, 4 dəfə “Qızıl top” mükafatına sahib olan Lionel Messi bir ilkə imza atıb. Belə ki, o, ilk dəfə futbol tarixində bu mükafatı 4 dəfə qazanan futbolçu olub.

0
0