Ünal Aysaldan Sneyderə transfer təklifi
08.01.2013 - 01:03
Ünal Aysaldan Sneyderə transfer təklifi
Uesli Sneyder “Qalatasaray”a keçməyə çox yaxındır. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, “Cim-Bom”un prezidenti Ünal Aysal klub nümayəndəsi Bülənt Tulunla birgə Milan şəhərinə gedərək hollandiyalı futbolçunun meneceri ilə görüşüb. Artıq Aysal yarımmüdafiəçi üçün “İnter” rəhbərliyinə 12 milyon avroda təklif edib.

Bununla yanaşı Ünal Sneyderi İstanbul təmsilçisinə gətirmək üçün onunla əvvəlcə razılaşmalıdır. Bu işi isə o, Bülənt Tuluna tapşırıb.

Qeyd edək ki, Ueslini “Qalatasaray”ın əzəli rəqibi “Fənərbaxça”da transfer etmək istəyir.