“Simurq” bəyanat verdi
08.01.2013 - 01:25
“Simurq” qolkiperi David Pietrzkieviç haqda rəsmi bəyanat verib. Apasport.az-ın məlumatına görə, Zaqatala klubunun internet saytı polşalı qapıçının ölkəsində verdiyi müsahibənin səhv tərcümə edildiyini bildirib:
“Simurq” Peşəkar Futbol Klubu olaraq rəsmi şəkildə bildiririk ki, komandamızın polşalı qapıçısı David Pietrzkieviçin yığma komandaya dəvət olunması haqqında AFFA tərəfindən heç bir müraciət göndərilməyib. Mətbuatda bu haqda gedən məlumatlar yalan informasiyadır. Çox təəssüf edirik ki, futbolçumuzun ölkəsində verdiyi müsahibə səhv tərcümə edilib. Yaxın günlərdə David şəxsən bu məsələ haqqında açıqlama verəcək”.

0
0