Qvardiola yenidən məşqçiliyə qayıdır
08.01.2013 - 02:11
Sürixdə “Qızıl top” mükafatının təqdimetmə mərasimində “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola karyerası ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı sözügedən mükafatın sahibləri müəyyənləşməmişdən öncə jurnalistlərin suallarını cavablandırıb.
O, növbəti mövsümdən etibarən məşqçilik fəaliyyətinə başlayacağını vurğulayıb:
“Mən sizlərə növbəti mövsüm məşqçiliyə başlamağımı deyə bilər. Amma bunun hansı klub olduğu hələ bəlli deyil”.
Qvardiola son günlər Braziliya milli komandasının sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Pep gündəmi zəbt edən bu xəbərləri təkzib edib. “Snbaçılar”ı çalışdırmaq mənim üçün böyük şərəf olardı. Lakin bir ölkənin millisində işləmək istəyən məşqçi ilk növbədə həmin dövlətin vətəndaşı olmalıdır” – deyə, Xosep, bildirib.

0
0