Foqts seçimində yanıldı
08.01.2013 - 07:56
“Qızıl top” mükafatının qalibini müəyyənləşdirmək üçün milli komandaların baş məşqçiləri və kapitanlarının kimə səs verdikləri məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının çalışdırıcısı Berti Foqtsla kapitan Rəşad Sadıqovun seçimi üst-üstə düşməyib.
Belə ki, almaniyalı mütəxəssis ardıcıllıqla Andres İniyesta, Kriştiano Ronaldo və Xavi Ernandesə səs verib. Foqtsdan fərqli, Sadıqovun seçimi sonda düz çıxıb. O, Messini birinci, Ronaldonu ikinci, İniyestanı isə üçüncü yerdə göstərib.
Qeyd edək ki, Lionel Messi 4-cü dəfə “Qızıl top” mükafatına sahib olub.

0
0