Messi Platininin dünya rekordunu qırdı
08.01.2013 - 09:28
Messi Platininin dünya rekordunu qırdı
“Barselona”nın lideri Lionel Messi yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu “Qızıl top” mükafatını ardıcıl 4 dəfə alan ilk futbolçu olub.

Bununla, əfsanəvi fransalı Mişel Platininin 80-ci illərdə müəyyənləşdirdiyi rekord qırılıb. Belə ki, hazırda UEFA prezidenti olan keçmiş yarımmüdafiəçi 1983, 1984 və 1985-ci illərdə bu mükafata sahib çıxmışdı.

Amma fərq ondadır ki, “France Football”ın müəyyənləşdirdiyi “Qızıl top” əvvəllər yalnız Avropanın ən yaxşı futbolçusuna verilirdi. Dünyanın ən yaxşı futbolçusu isə “Brilyant top”a sahib çıxırdı. 2010-cu ildən isə bu 2 mükafat birləşdirilərək, dünyanın ən yaxşı futbolçusuna verilir.

Messi də onun ilk qalibi kimi tarixə düşüb. O, ilk dəfə - 2009-cu ildə dünyanın ən yaxşı futbolçusu seçiləndə “Brilyant top”u almaqla, onun sonuncu sahibi kimi də adını tarixə yazdırıb.