“Qarabağ” sabah Türkiyəyə yollanacaq
08.01.2013 - 12:45
“Qarabağ” sabah Türkiyəyə yollanacaq
“Qarabağ” qış fasiləsini başa vurur. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dekabrın 20-dən istirahətə buraxılan ağdamlılar sabah bir araya gələcəklər. Komanda yığışaraq təlim-məşq toplanışı üçün birbaşa Türkiyəyə yollanacaq.

Bakı – İstanbul – Antalya reysi ilə hərəkət edəcək “Qarabağ” Bələk ərazisindəki “İC Santai” otelində məskunlaşacaq. 26 gün davam edəcək təlim-məşq toplanışını fevralın 3-də bitirəcək komanda həmin gün eyni marşrutla vətənə qayıdacaq. .