Premyer Liqanın zirvə nöqtəsi
08.01.2013 - 13:16
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən güclü çempionatları üçün bu gün açıqladığı siyahıda Azərbaycan Premyer Liqası 2 rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, milli çempionat Premyer Liqa adı ilə 6-cı dəfə yer aldığı siyahıda ən yüksək göstəricilərinə imza atıb.
Hesabında 250 xal olan birinciliyimiz indiyədək ən yaxşı halda 241 xala malik idi. 2 il əvvəlki rekordunu 9 xal üstələyən Premyer Liqa son 1 ildə 61,5 xallıq irəliləyişə nail olub. Yarım il əvvəl açıqlanan siyahıda isə hesabımızda cəmi 81,5 xal var idi.
Bu dəfəki rekord sayda xal çempionatın mövqeyində də əksini tapıb. Dünyada 84-cü olan Premyer Liqa 6 ay öncəki ilə müqayisədə 27, 1 il əvvəlkindən isə 14 pillə irəlidədir. Bu, həm də 2 il əvvəlki rekordumuzdan daha yaxşı nəticədir. Həmin vaxt 86-cı olan Azərbaycan indi bundan da 2 addım önə keçdi.
Çempionatımız son 6 ildə İFFHS reytinqində
Çempionatımız son 6 ildə - QRAFİK (xal)
Çempionatımız son 6 ildə - QRAFİK (yer)

il | yer | xal |
2007 | 100 | 166 |
2008 | 106 | 159,5 |
2009 | 98 | 209 |
2010 | 86 | 241 |
2011 | 98 | 188,5 |
2012 | 84 | 250 |
Çempionatımız son 6 ildə - QRAFİK (xal)
Çempionatımız son 6 ildə - QRAFİK (yer)
0
0