Rusiyalılar “Neftçi”ni Ərəbistana çağırır
08.01.2013 - 15:09
Rusiyalılar “Neftçi”ni Ərəbistana çağırır
Qış fasiləsini Türkiyənin Antalya şəhərində keçirməyi planlaşdıran “Neftçi” hazırlıqlarını Birləşmiş Ərəb Əmirliklərində başa çatdıra bilər. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubunun Ərəbistan yarımadasında da toplanış keçəcəyi iddia olunur.

Belə ki, Rusiyanın “Krasnodar” klubunun rəsmi saytı qış hazırlıq planını açıqlayıb. Əbu-Dabi toplanışı zamanı krasnodarlılar “Neftçi” ilə də yoxlama oyununda qüvvəsini sınamalıdırlar. Məlumatda yanvarın 24-dəki rəqibin böyük ehtimalla, məhz bakılıların olacağı əks olunub.