“Bir nəfərlə problem həll olunmur” - MÜSAHİBƏ
09.01.2013 - 00:02
“Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun apasport.az saytına müsahibəsi
- Komandanız hazırda Mingəçevirdə toplanışa başlayıb. Hazırlıq necə gedir?
- Dünəndən məşqlərimizi bərpa etmişik. Yanvarın 19-dək Mingəçevirdə məşq edəcəyik. Burada olduğumuz müddətdə fiziki çalışmalara üstünlük verəcəyik.
- Niyə məhz Mingəçeviri seçdiniz? Klubun öz bazası, şəraiti ordan daha yaxşı deyildimi?
- Mingəçevirdə də əlverişli şərait var.
- Heyətlə bağlı hansı dəyişikliklər var?
- Heyətdə dəyişikliklər olacaq. Amma bu xəbərlər klubun saytında yerləşdiriləcək.
- Nodar Məmmədov, Elmar Baxşıyev və Muarrem Erdoğdu ilə yollarınızı ayırdığınız deyilir. Doğrudurmu?
- Həmin futbolçularla bağlı qarşıdakı günlərdə açıqlama veriləcək.
- Bəs yeni oyunçularla bağlı hansı məlumatı verə bilərsiniz?
- Yeni transferlərimiz olacaq. Heyəti gücləndirməyi düşünürük. Sadəcə, yuxarıda dediyim kimi, bu cür xəbərlər klubun saytı vasitəsilə yayımlanacaq.
- Nəzərdə tutduğunuz futbolçuların keçidini reallaşdıra biləcəksinizmi?
- Niyə də olmasın? Klub rəhbərliyi bunun üçün hər cür şərait yaradıb.
- Adətən baş məşqçilər qış vaxtı sərbəst futbolçu tapmağın çətinliyindən şikayətlənirlər. Bu amil sizə mane olmayacaq?
- Bəli, razıyam ki, qış vaxtı transferləri reallaşdırmaq çətinliklə başa gəlir. Amma çalışacağıq ki, vaxtdan maksimum yararlanaq və lazım olan futbolçuların transferini reallaşdıraq.
- Ölkə xaricində olmusunuz və bəzi futbolçuları iş başında izləmisiniz. Onların keçidi realdırmı?
- Hələ tam ortaq məxrəcə gəlməmişik. Bu üzdən də geniş açıqlama verə bilmirik. Məsələ konkretləşdikdən sonra deyəcəyik.
- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz?
- Pleymeyker və hücumçuya ehtiyac var.
- Ceyhun Sultanovun keçidindən sonra pleymeyker məsələsinin həll olduğunu düşünmək olarmı?
- Xeyr, mütləq daha bir pleymeykerə ehtiyac var. Çünki bir nəfərlə problem həll olunmur. Gələcəkdə onun zədələnməsi, xəstələnməsi, cəzalanması var. Ona görə də alternativ variantlardan istifadə edəcəyik ki, komandada rəqabət çoxalsın.
- Transferlər zamanı yerli futbolçular üstünlük təşkil edəcək, yoxsa əcnəbilərə üz tutacaqsınız?
- Əgər Azərbaycanda futbolu inkişaf etdirmək istəyiriksə, əlbəttə yerlilərin xidmətindən daha çox yararlanmalıyıq. İstedadlı gənclərə üstünlük verməliyik. Onların yanında daha güclü futbolçuların yer alması üçün 7 legioneri meydana buraxmağa imkan verilib.
- Akademiyadakı gənclərdən əsas komandaya cəlb edilənləri varmı?
- Amil Yunanov, Tərzin Cahangirov, Rey Məmmədli bizimlə məşq edirlər.
- Antalyadakı hazırlıq planı necə olacaq?
- Dörd oyun keçirəcəyik. Yanvarın 22-də, 25-də və 28-də, eləcə də fevralın 1-də meydana çıxacağıq. Fevralın 2-də isə geri dönəcəyik.Hər şeyə orada aydınlıq gətiriləcək.
- Sparrinq-rəqibləriniz bilinirmi?
- “Kayzerslautn”un razılığı alınıb. Səhv etmirəmsə, əsas heyəti olmalıdır.
- Arxada qalan müddətdə komanda sizi nə ilə sevindirdi, eləcə də təəssüfləndirdi?
- “Simurq”, “Turan”, “Bakı” ilə oyunlardakı məğlubiyyətlər bizi çox təəssüfləndirdi. Sevinəcək heç nəyimiz yoxdur. Çempionat oyunları qabaqdadır. Görüləsi işlərimiz çoxdur.

0
0