"Kəpəz"in futbolçuları Məşədi oldular
08.01.2013 - 21:15
Qış fasiləsinə çıxan "Kəpəz"in dindar futbolçularından bəziləri İranda səfərdə olublar. Apasport.az saytının məlumatına görə, yeni ildən öncəyə təsadüf edən səfər 9 gün davam edib.
Gəncə təmsilçisinin üzvlərindən Xəyal Zeynalov, Şahin Kərimov, Atin Abdullayev və Vüqar İbrahimov avtobusla səfərə çıxaraq, dini ziyarətgahlara baş çəkiblər. Onlar Tehran, Qum və Məşhəd şəhərlərində olaraq, dini məkanları ziyarət ediblər.
Futbolçulardan Xəyal Zeynalovun klubun saytına verdiyi açıqlamasına görə, özü və komanda yoldaşları adları çəkilən şəhərlərin məscidlərində namaz qılıb, dualar oxuyublar.

0
0