Nuri Şahin yenidən sabiq komandasına qayıda bilər
08.01.2013 - 22:30
Nuri Şahin yenidən sabiq komandasına qayıda bilər
“Real”ın futbolçusu Nuri Şahin yenidən Bundesliqada çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının üzvü ilə onun sabiq komandası Dortmund “Borusiyas”ı yaxından maraqlanır. Yarımmüdafiəçini Almaniya təmsilçisi qış transfer dövrəsində heyətinə qatmaq istəyir.

Bu xəbəri sözügedən klubun meneceri Mixayıl Zorç da təsdiqləyib. “Şahin həqiqətən də digər komandada oynamaq istəmirsə onunla maraqlanıb transfer edə bilərik”.

Lakin “Kral klubu” ilə 2017-ci ilə qədər müqaviləsi olan Nurini Dortmund “Borusiyas”ı icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Nuri Şahin “Real”a 2011-ci ildə transfer edilib. O, Almaniya təmsilçisinin heyətində sonuncu mövsüm 30 oyunda meydana çıxıb və 6 qola imza atıb.