Sneyder “Qalatasaray”a keçir
08.01.2013 - 22:56
“İnter”in yarımmüdafiəçisi Uesli Sneyder “Qalatasaray”a transfer oluna bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, ötən gün bununla əlaqədar “Cim-Bom”un prezidenti Ünal Aysal Milan təmsilçisinin rəhbəri Massimo Moratti ilə görüşüb və məsələni həll edib.
“Aslanlar” hollandiyalı futbolçu üçün “İnter”ə 8 milyon avro verəcək. O, isə cümə gününə qədər “Qalatasaray”dan icazə istəyib. Əgər 28 yaşlı futbolçunun ailəsi də İstanbul klubuna gəlmək istəsə, onda Sneyder ikinci dövrədən etibarən “Cim-Bom”un formasını geyinəcək.
Qeyd edək ki, Sneyderi daha öncə “Fənərbaxça”da heyətinə qatmaq istəyirdi.

0
0