“Anji” “Udineze”nin müdafiəçisini istəyir
08.01.2013 - 23:29
Mahaçqala “Anji”si “Udineze”nin müdafiəçisi Pablo Armeroyla yaxından maraqlanır. Apasport.az saytının Rusiya mətbuatına istinad məlumatına görə, Avropa Liqasında mübarizə aparan Qus Hiddinkin komandası artıq kolumbiyalı futbolçuya rəsmi təklif də göndərib.
Mahaçqala klubu Armeronu heyətinə qatmaq üçün İtaliya təmsilçisinə 10.5 milyon avro verir. Bu xəbəri futbolçunun meneceri Klaudio Vaneqqi də təsdiqləyib.
O, kolumbiyalı müdafiəçinin seçim qarşısında qaldığını vurğulayıb:
“Bəli, “Anji” həm Pabloya, həm də onun komandasına ciddi təklif göndərib. İndi Armeronun özü seçim etməlidir. İtaliyada qalmaq və ya Rusiyaya köçmək. Onun çox fikirləşməsi üçün də vaxt azdır. Çünki mövsümün ikinci hissəsində klublar heyətini formalaşdırmalıdırlar”.
Qeyd edək ki, Pablo Armero 2010-cu ildən “Udineze”də çıxış edir. O, 69 matçda forma geyinib və rəqib qapılarından 2 top keçirib.

0
0