FİFA bolqarlarla macarları cəzalandırdı
09.01.2013 - 03:40
FİFA Avropanın iki milli komandasını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, sözügedən qurum Bolqarıstan və Macarıstanın DÇ-2014-ün seçmə mərhələsində bir ev oyununu azarkeşsiz keçirməsi haqda qərar çıxarıb. Bununla yanaşı hər iki ölkənin futbol federasiyalarını 40 min dollar məbləğində cəzalandırıb.
Buna səbəb isə ötən ilin oktyabr ayının 12-də Bolqarıstan – Danimarka matçında meydan sahiblərinin azarkeşləri qonaqların müdafiəçisi Patris Mtiliqaya qarşı irqçi ifadələri işlətməsi olub.
Avqustun 15-də isə Macarıstan – İsrail qarşılaşmasında ev sahiblərinin azarkeşləri qonaqların futbolçularına antisemitis şüarlar səsləndirib.
Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində Bolqarıstan martın 22-də Malta ilə Macarıstan isə həmin gün Rumıniya ilə matçları azarkeşsiz oynayacaq.

0
0