"Valensiya" ilə "Malaqa" 1/4 finalda
09.01.2013 - 04:14
"Valensiya" ilə "Malaqa" 1/4 finalda
İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma reallaşıb.

"Malaqa" öz meydanında aşağı liqa təmsilçisi "Eibar"la üz-üzə gəlib. İlk hissədə qapısından buraxdığı yeganə qolla fasiləyə məğlub durumda yollanan ev sahibləri ikinci yarıda rəqibi darmadağın edib – 4:1.

Evində "Osasuna"nı qonaq edən "Valensiya"da çətin qələbəyə sevinib. Rəqibini 2:1 hesabı ilə məğlub edən "yarasalar" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər cavab matçları bu axşam və sabah keçiriləcək.


İspaniya Kral Kuboku

1/8 final (cavab oyunları)

8 yanvar

"Malaqa" - "Eibar" - 4:1 (İlk oyun - 1:1)
Dieqo, 74, Fernandez, 76, Portillo, 82, Dieqo, 90 - Arroyo, 12

"Valensiya" - "Osasuna" - 2:1 (İlk oyun - 2:0)
Kosta, 34, Soldado, 90 - Llorente, 37

9 yanvar

"Sevilya" - "Malyorka" (İlk oyun - 5:0)

"Real" - "Selta Viqo" (İlk oyun - 1:2)

"Saraqoza" - "Levante" (İlk oyun - 1:0)

10 yanvar

"Qetafe" - "Atletiko" (Madrid) (İlk oyun - 0:3)

"Barselona" - "Kordoba" (İlk oyun - 2:0)

"Betis" - "Las Palmas" (İlk oyun - 1:1)