Futbol menecerləri ilə bağlı yeni qərar
09.01.2013 - 04:58
Futbol menecerləri ilə bağlı yeni qərar
FİFA nümayəndəsi Jak Anouma klub transfer danışıqları üçün birbaşa olaraq bir-birləri ilə ünsiyyətə keçməsini təmin edəcək bir sistem yaratmaq istədiklərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu yeni sistemlə bütün klub satışa uyğun olan futbolçulardan daha asan xəbərdar ola biləcək.

FIFA bütün klubların müəyyən bir ödəniş verən klub xidmətə təqdim edəcəyi "Global Player Exchange" adında bir komissiya yaradacaq. Bu komissiya sayəsində klublar transfer bazarı haqqında daha yaxşı məlumat əldə edilə biləcəklər. Həmçinin aralarındakı ünsiyyətin qurulması da təmin ediləcək.

Bundan başqa bir futbolçunun təzminat haqqı üçüncü bir şəxsin hüquqlarının olması vəziyyətini də məhdudlaşdırması gözlənilir.

Qeyd edək ki, ötən il klubların menecerlərə ödədiyi məbləğin orta göstəricisi 28 %-ə bərabər olub.