Atlet azarkeşin hücumuna məruz qaldı
09.01.2013 - 05:36
Atlet azarkeşin hücumuna məruz qaldı
Braziliyada təşkil edilən marafon yarışında keniyalı atlet Edvin Kipsanq Rotiç xoşa gəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, finişə çatmaq üzrə olan atlet gözlənilmədən bir azarkeşin hücumuna məruz qalıb. Rotiçə yaxınlaşan azarkeş öncə onu əlləri ilə itələyərək yerə yıxıb.

Azarkeşdən canını qurtarmağı bacaran Edvin ikinci dəfədə onun hücumuna məruz qalıb. Lakin bu dəfə polislər araya girərək onu xilas edib. Buna baxmayaraq Rotiç yarışı birini yerdə tamamlayıb.

Qeyd edək ki, polis nəzarətində olan azarkeşin ruhi xəstə olduğu müəyyənləşib.