Rivaldo aşağı liqa təmsilçisində
09.01.2013 - 06:17
Braziliyanın heyətində DÇ-2002-nin qalibi olan Rivaldo yeni klubla anlaşıb. Apasport.az saytının məlumatına görə, 41 yaşlı futbolçu bundan sonra karyerasını vətənində davam etdirəcək.
Yarımmüdafiəçi Braziliyanın ikinci divizionunda mübarizə aparan “San-Kaetano” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Rivaldonun sonuncu klubu Anqola “Kabuşkorp”u (2011) olub. O, burada 21 oyunda meydana çıxıb və rəqib qapılarından 11 top keçirib.

0
0