Ferqyuson Lemparda təklif göndərib
09.01.2013 - 06:58
Mövsümün sonunda “Çelsi”dən ayrılacağını gündəmə gələn Frank Lempard digər ingilis nəhənginə keçə bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinad məlumatına görə, yarımmüdafiəçi ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Belə ki, Lempardın menecerinin onun mövsümün sonunda komandadan getməsi ilə bağlı açıqlamasından sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson Frankı sərəncamında görmək istədiyi bildirilir.
Həmçinin şotlandiyalı çalışdırıcı 34 yaşlı futbolçuya 1 illik müqavilə imzalaması üçün təklif də göndərib. Əgər o, komandada yaxşı performans göstərərsə növbəti ildə də müqavilənin müddəti uzadılacaq. Tərəflər arasında razılıq əldə olunarsa Lempard növbəti mövsümdən etibarən Mançester təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Frank Lempardı Amerika və Avropanın məşhur klubları da transfer etməyi planlaşdırır.

0
0