Məlikovla İsayev tanzaniyalılar üzərində qələbədə iştirak etdilər
09.01.2013 - 09:16
Məlikovla İsayev tanzaniyalılar üzərində qələbədə iştirak etdilər
Azərbaycan millisinin sabiq futbolçuları Rail Məlikovla Arif İsayevin çıxış etdiyi Türkiyənin “Dənizlispor” klubu yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Tanzaniyanın “Yanq” klubu ilə Antalyadakı matçda start heyətində meydana çıxıblar. Türkiyənin I divizion təmsilçisi afrikalılara 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Tanzaniya klubu öz çempionatını 3-cü yerdə bitirib.