Millimiz favorit qismində
09.01.2013 - 10:09
Millimiz favorit qismində
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna ilə bu gün keçiriləcək qarşılaşmanın favoritidir. Apasport.az saytının məlumatına görə, millimizin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin qrup mərhələsinin son oyununda qalib gəlməsi daha inandırıcıdır.

Bu qənaətə rusiyalı futbol azarkeşləri gəliblər. Onlar qarşılaşma ilə bağlı keçirilən sorğuda Azərbaycan yığmasının qələbəsinə daha çox ümid etdiklərini ifadə ediblər. Belə ki, səsverməyə qatılanların 54,4 faizi Arif Əsədovun yetirmələrinin qələbəsinə, 12,9 faizi heç-heçəsinə, 32,7 faizi isə məğlubiyyətini proqnozlaşdırır.

Qeyd edək ki, saat 14:15-də başlayacaq matçda qalib gələcək komanda qrupda 1-ci yeri tutacaq.