“Simurq”un rumınlara qarşı oynayacağı dəqiqləşdi
09.01.2013 - 10:39
Rumıniyanın “Petrolul” klubunun Antalyada keçirəcəyi hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Ployeşti klubu iki mərhələli hazırlıq keçəcək.
Yanvarın 22-dən fevralın 3-dək Laradakı “Miracle Resort” otelində qalacaq rumınlar bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Bunlardan ikisində rəqiblərin kimliyi müəyyənləşib. Yanvarın 26-da Xorvatiyanın “Slaven Belupo” klubu ilə qarşılaşacaq “Petrolul” həmin ayın son günündə “Simurq”la üz-üzə gələcək.
Qeyd edək ki, “Petrolul”un ikinci hazırlıq mərhələsi fevralın 6-dan 18-dək müddəti əhatə edəcək. Bələkdəki “Sueno Hotel”də qalacaq komandanın “Maribor”, “Liteks” və Serbiyanın “Styaua Roşye” klubu ilə gücünü sınayacağı dəqiqləşib.

0
0