Azərbaycan yığmasının rəqibi Bələkdə
09.01.2013 - 11:07
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Lüksemburq yığması qarşıdakı oyunların hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, martın 22-də komandamızı qəbul edəcək “cırtdan ölkə” təmsilçisi 2013-cü ilin ilk toplanışını Türkiyədə keçirir.
Antalyanın Bələk bölgəsində məşqlərə start verən lüksemburqlular yanvarın 15-dək orada hazırlıq keçəcəklər. Rəqib millimizlə qarşılaşmayadək yoxlama oyunu keçirməyi planlaşdırmayıb.
Baş məşqçi Lük Holts Türkiyə toplanışına 22 futbolçu aparıb. Bunlar Daniel Alves da Mota, Conatan Juber, Kevin Malge, Massimo Martino (hamısı “Düdelanj”), Stefano Bensi, Tom Laterza, Tom Şnell (hamısı “Fola”), Jil Betmer, Ante Bukviç, Matias Yaniç (hamısı “Differdanj”), Dan Kollet, Kleyton de Souza Moreyra, Erik Hofman, Rikardo Alekso Delqado, Mark Oberveys (hamısı “Jeness”), Nenad Draqoviç, Rayan Klapp (hər ikisi “Rasinq”), Dueyn Holter (“Qroyter Fürt”, Almaniya), Filip Ham, David Turpel (hər ikisi “Etzella”), Mişel Behtold (“Qrevenmaher”) və Rene Petersdir (“Hamm”).

0
0