Adrian Skarlatake: Yaxşı maliyyə olmalıdır ki... - MÜSAHİBƏ
09.01.2013 - 11:58
“Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake Rumıniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ölkəmizə Buxarest “Dinamo”sundan gələn rumıniyalı müdafiəçi sabiq komandası və həmyerlilərinin Azərbaycana gəlişindən danışıb.
- Rumıniyadan ayrılıb yenidən Azərbaycana qayıtdınız. “Xəzər Lənkəran”da işləriniz necə gedir?
- Rumıniyanı tərk etdiyim üçün çox xoşbəxtəm. İndi mənim üçün həm idman, həm maliyyə baxımından daha yaxşıdır.
- Sabiq komandanız olan Buxarest “Dinamo”sunun maliyyə durumundan xəbəriniz var?
- “Dinamo”dakı sabiq komanda yoldaşlarımla daim əlaqə saxlayıram. Bilirəm ki, klubdakı ağır vəziyyət heç də yaxşı hal deyil. Futbolçu meydana çıxanda maddi problemləri düşünməməlidir. Maliyyə durumu yaxşı olmalıdır ki, futbolçu da yaxşı çıxış etsin. Ümid edirəm ki, “Dinamo”nun durumu yaxın zamanda düzələcək.
- Digər rumıniyalı futbolçular Azərbaycan klubuna keçməklə bağlı sizdən məsləhət alırmı?
- Azərbaycandan təklif alan istənilən rumıniyalı futbolçuya bir məsləhətim var: Təklifi dərhal qəbul edin.
- Belə vəziyyətdə komandanın nəticə qazanacağına ümid edirsiniz?
- Əminəm ki, komanda Avropa Liqasına vəsiqə verən yerlərdən birini tutacaq. Baş məşqçi Kornel Talnara güvənirəm. Onunla çalışmışam, nəyə qadir olduğunu bilirəm.
- “Dinamo”nun liderlərdən çox uzaq düşməsinə münasibətiniz necədir?
- Bizim vaxtımızda belə şey mümkün deyildi. Əksinə, bizim “Styaua”dan 10 xal öndə olduğumuz vaxt da yadıma gəlir.

0
0