“Rauf Əliyevin transferi ilə bağlı təklif gözləyirik”
09.01.2013 - 12:41
“Qarabağ” rəhbərliyi yollarını ayırdığı Rauf Əliyevlə bağlı klublardan təklif gözləyir. Bu barədə apasport.az saytına komandanın direktoru Əmrah Çəlikəl məlumat verib. O bildirib ki, transferə çıxarılan 24 yaşlı hücumçunun hansı kluba keçəcəyi hələlik bəlli deyil.
Əliyevlə “Xəzər Lənkəran”, “Qəbələ” və “Bakı”nın maraqlandığı bildirilsə də, Çəlikəl bu komandalardan rəsmi təklif almadıqlarını söyləyib: “Bizə Raufu transfer etməklə bağlı heç bir təklif yoxdur. Bununla bağlı rəsmi təklif gözləyirik. Bildiyiniz kimi, futbolçunun klubumuzla cari mövsümün sonuna kimi müqaviləsi var. Bizə Əliyevlə bağlı rəsmi müraciət olunandan sonra onun transfer məbləğini müzakirə edəcəyik”.

0
0