“Qarabağ”a məxsus olsa belə, Rauf Əliyevi almaqda maraqlıyıq”
09.01.2013 - 12:49
“Yerli hücumçu kimi Rauf Əliyevi sıralarımızda görməkdə maraqlıyıq”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
“Qarabağ”la Antalya toplanışına aparılmayan Rauf Əliyevin ilk “altılıq”da yer alan komandalardan birinə keçəcəyi gözlənilir. Bunların arasında “Xəzər Lənkəran” və “Bakı” ilə yanaşı, “Qəbələ”nin də adı var.
Ölkə xaricində olan “Qəbələ”nin vitse-prezidenti bu transferdə hələlik müsbətə doğru addım olmadığını bildirir: “Bu işlərlə baş menecerimiz Zaur Əzizov məşğul olur. Məndə olan məlumata görə, futbolçunun komandamıza keçidində hələ xüsusi bir irəliləyiş yoxdur. Təbii ki, yerli hücumçu kimi onu transfer etmək istəyirik. Futbolçu “Qarabağ”a məxsus olsa belə, onu almaqda maraqlıyıq. Təbii ki, ilk növbədə futbolçuya və məxsus olduğu kluba çatacaq məbləği müəyyənləşdirməliyik. Belə olan halda büdcəmizə uyğun olaraq addım ata bilərik”.
Səbuhi TOFİQOĞLU

0
0