Millimizin rəqibinin oyunlarının vaxtı bilindi
09.01.2013 - 13:30
Millimizin rəqibinin oyunlarının vaxtı bilindi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində son rəqibi olan Şimali İrlandiya yığmasının qarşıdakı ev oyunlarının başlanma saatı müəyyənləşib. Apasport.az saytının məlumatına, britaniyalıların martın 22-də Rusiya, 26-da İsrail yığması ilə oyunları yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

Hər iki matç Belfast şəhərindəki “Windsor Park” stadionunda keçiriləcək.

Mənbə: affa.az