Rəşad Sadiqov: Bizi yalnız qızıl qane edir
09.01.2013 - 13:37
“Mövsümün birinci yarısı 3 cəbhədə mübarizə apardıq. Oyun qrafikinin sıxlığı səbəbindən komandada yorğunluq hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nın kapitanı Rəşad Sadiqov deyib.
“Ağ-qaralar” qış fasiləsi hazırlığını davam etdirir. Komandanın bugünkü məşqi klubun bazasında baş tutub. Məşqdən sonra Sadiqov klubunun rəsmi saytına danışaraq, artıq yorğunluqlarını arxada qoyduqlarını deyib: “Qış fasiləsində yaxşı istirahət etdik və artıq məşqlərimizi bərpa etmişik. Yanvarın 11-dən hazırlığımızı Türkiyədə keçəcəyik. Məqsədimiz Premyer Liqanın qalibi olmaqdır. Bizi yalnız qızıl medallar qane edir”.

0
0